Son dəqiqə

Türkiyə Özəl Türkiyə Ticarət nazirliyi Milas-Bodrum beynəlxalq hava limanı

Avqust ayında Milas-Bodrum Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin avqust ayında Türkiyənin Muğla şəhərində yerləşən Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 5 faiz artaraq, 290 min 785 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 11 faiz artaraq 1 milyon 613 min 906 nəfər, beynəlxalq reyslər üzrə isə 1 faiz azalaraq 1 milyon 293 min 909 nəfər təşkil edib.

Bu ilin avqust ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 31 min 127 ton təşkil edib. Bununla yanaşı, avqust ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 14 min 139 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 3 faiz azalaraq, 16 min 988 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 28 min 542 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 20 faiz artaraq 16 min 495, beynəlxalq reyslər üzrə isə 1 faiz azalaraq 12 min 97 olub.

2023-cü ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 143 milyon 207 min 94 nəfər, yük dövriyyəsi isə 2 milyon 745 min 942 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər