Son dəqiqə

Türkiyə Özəl Türkiyə hava limanları Adnan Menderes Hava Limanı

Avqust ayında Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 7 milyonu ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin avqust ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 8 faiz artaraq, 7 milyon 107 min 464 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 6 faiz artaraq 4 milyon 310 min 270 nəfər, beynəlxalq reyslər üzrə isə 11 faiz artaraq 2 milyon 797 min 194 nəfər təşkil edib.

Bu ilin avqust ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 96 min 961 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 50 min 8 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 7 faiz dəyişərək, 46 min 953 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 48 min 636 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq 29 min 398, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 19 min 238 olub.

2023-cü ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 143 milyon 207 min 94 nəfər, yük dövriyyəsi isə 2 milyon 745 min 942 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər