Son dəqiqə

Türkiyə Ticarət nazirliyi D-8 ölkələri

İyun ayında Türkiyənin D-8 ölkələrinə ixracı azalıb

Bakı. TurkicWorld:

2023-cü ilin iyun ayında Türkiyənin D-8 ölkələrinə ixracı 2022-ci ilin eyni ayı ilə müqayisədə 22,9 faiz azalaraq 722,4 milyon dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar-iyun ayında, Türkiyənin D-8 ölkələrinə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 24,8 faiz azalaraq 4,2 milyard dollar olub.

“Bu ilin iyun ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35,6 faiz azalaraq 901,2 milyon dollar təşkil edib” - deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin D-8 ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 12,3 faiz azalaraq, 6,5 milyard dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 46 milyard 968 milyon dollar təşkil edib.

Nazirlikdən bildirilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə ixracı 10,5 faiz azalaraq 20 milyard 904 milyon dollara, idxalı isə 17,5 faiz azalaraq 26 milyard 64 milyon dollara çatıb.

Bu ilin yanvar-iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 307 milyar 917 milyon dollar təşkil edib.

Qeyd olunub ki, bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 1,9 faiz azalaraq 123 milyard 341 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 4,1 faiz artaraq 184 milyard 576 milyon dollar təşkil edib.

Mövzuya görə xəbərlər