Son dəqiqə

TAP Fluxys

Belçikanın "Fluxys" şirkəti TAP-da payını artırır

Bakı. TurkicWorld:

Belçikanın "Fluxys" şirkəti Trans-Adriatik boru kəməri (TAP) konsorsiumunda payının artırılması üzrə saziş bağlayıb.

Bu barədə şirkətdən TurkicWorld-in sorğusuna cavab olaraq bildiriblər.

"Təsdiq edirik ki, "Fluxys" 2023-cü il iyulun 25-də "Axpo"nun səhmlərinin 1 faizinin satın alınması üzrə saziş bağlayıb", - deyə şirkətdən bildiriblər.

Xatırladaq ki, bu ilin yanvar ayında "Axpo" Trans-Adriatik boru kəmərindəki 5 faiz payını səhmdarlar "Fluxys" və "Enagas S.A"a satmağa qərar verib. Alqı-satqı müqaviləsinə əsasən Belçikanın "Fluxys" şirkəti "Axpo"nun səhmlərinin 1%-ni, İspaniyanın "Enagás" şirkəti isə 4%-ni əldə edib. Beləliklə, hər iki şirkət bp (20%), SOCAR (20%) və Snam (20%) şirkətlərinin daxil olduğu TAP konsorsiumunda 20% səhmə sahib olublar.

Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Tərcümə: Rəna Əbdürəhmanova

Twitter: @Lyaman_Zeyn

Mövzuya görə xəbərlər