Son dəqiqə

Azərbaycan TAP

TAP hidrogen tədarükü sahəsində tədqiqatın aparılması üzrə müqavilə imzalayıb

Bakı. TurkicWorld:

Trans-Adriatik Boru Kəməri konsorsiumu (TAP) bu il hidrogen tədarükü sahəsində tədqiqatın aparılması üzrə müqavilə imzalayıb.

Bu barədə TurkicWorld-un sorğusuna cavab olaraq TAP AG konsorsiumundan bildiriblər.

"TAP ilkin sınaq nəticələrindən asılı olaraq daha geniş tədqiqat üzrə tenderlərin keçirilməsini davam etdirə bilər. 2024-cü ilin üçüncü rübündə bu tədqiqatlar müqavilə imzalamağı planlaşdırırıq", - konsorsiumdan deyiblər.

Hidrogen tədarükünün nə vaxt başlayacağı ilə bağlı suala TAP AG-dən bildiriblər ki, bu, boru kəmərinin uyğunluğunun təsdiqlənməsindən, daha geniş tədqiqatalrın başa çatmasından və ən əsası hidrogenin mövcudluğundan və bazarın hidrogen əldə etməkdə maraqlı olmasından asılıdır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

Mövzuya görə xəbərlər