Son dəqiqə

TAP Cənub Qaz Dəhlizi

TAP Cənub Qaz Dəhlizində texniki xidmət işlərinə təsirə diqqəti yönəldib

Bakı,TurkicWorld

Cənub Qaz Dəhlizi üzrə təbii qazın nəql edilməsinin texniki xidmətlə əlaqədar planlaşdırılmış işləri Upstream Trans-Adriatık boru kəməri (TAP) sahəsində keçiriləcək.

TurkicWorld TAP AG konsorsiumuna istinadən xəbər verir ki, 5-9 avqust 2024-cü il tarixində planlaşdırılmış işlər qaz kəmərinin özündə aparılmayacaq.

"Yuxarıda göstərilən texniki xidmətlər üzrə planlaşdırılmış tədbirlər, hərçənd TAP nəqliyyat sistemi və onun gücü tamamilə əlçatan qalacaq, TAP-a Kipoi birləşmə nöqtəsində daxil olan qaz axınları, güman ki, azalacaq və ona görə də Kimotini, Nea Mesimvriya və Melendunyoda birləşmənin bütün nöqtələri boyu tədarük zərər görə bilər", - konsorsiumdan deyilib.

TAP AG-da qeyd edilib ki, TAP ötürücü sisteminin qonşu operatorları məlumatlandırılıb və TAP bazarı məlumatlandırmaq üçün təcili xəbər dərc edib.

"Biz gözləyirik ki, texniki xidmət üzrə planlaşdırılmış işlərin başa çatmasından sonra normal işləməsi bərpa ediləcək.

Qeyd edək ki, bundan öncə BOTAŞ türk şirkəti xəbər verib ki, Azərbaycan qazının Türkiyəyə tədarükü təmir işləri ucbatından ixrac qaz borusunda bir neçə günlüyə dayandırılacaq.

"Azərbaycanın "Şahdəniz" yatağından qaz nəql ediən ixrac boru kəmərinin təmiri və texniki xidmətlə əlaqədar planlaşdırılmış işlərlə bağlı Türkiyənin milli qazpaylaşdırıcı şəbəkəsinə ötürülən qaz Türkgözü giriş məntəqəsinə 31 iyuldan 5 avqustadək, eləcə də, TANAP giriş məntəqəsindəki Seyitqazidə 5 avqustdn 9 avqustadək dayandırılacaq.

BOTAŞ-dan əmin ediblər ki, bu mərhələdə tələbat balansının təmin edilməsi və Türkiyənin milli qazpaylayıcı şəbəkəsinin təklifləri üçün tədbirlər görüləcək.

TAP - il ərzində 20 milyard kubmetrə qədər genişlənmə imkanı olan 10 milyard kubmetr qaz tədarük edən Cənubi Qaz Dəhlizinin Avropa hissəsidir.

Mövzuya görə xəbərlər