Son dəqiqə

Türkiyə Türkiyə hava limanları Adana Beynəlxalq Hava Limanı

İyun ayında Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 2 milyonu ötüb

Bakı. TurkicWorld:

2023-cü ilin iyun ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 18 faiz artaraq, 2 milyon 163 min 150 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 15 faiz artaraq 1 milyon 823 min 998 nəfər, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq 339 min 152 nəfər təşkil edib.

Bu ilin iyun ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 22 min 486 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 17 min 255 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 5 min 231 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 22 min 625 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 16 faiz dəyişərək 19 min 322, beynəlxalq reyslər üzrə isə 7 faiz azalaraq 3 min 303 olub.

2023-cü ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 94 milyon 355 min 908 nəfər, yük dövriyyəsi isə 1 milyon 846 min 574 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Mövzuya görə xəbərlər