İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 35 milyonu ötüb

İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 35 milyonu ötüb

Bakı. TurkicWorld:

2023-cü ilin iyun ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 30 faiz artaraq, 35 milyon 819 min 986 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 20 faiz artaraq 8 milyon 659 min 327 nəfər, beynəlxalq reyslər üzrə isə 33 faiz artaraq 27 milyon 160 min 659 nəfər təşkil edib.

Bu ilin iyun ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 1 milyon 219 min 207 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18 faiz aartaraq, 107 min 485 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə dəyişməyərək, 1 milyon 111 min 722 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq, 243 min 364 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 26 faiz artaraq 63 min 587, beynəlxalq reyslər üzrə isə 29 faiz artaraq 179 min 777 olub.

2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 94 milyon 355 min 908 nəfər, yük dövriyyəsi isə 1 milyon 846 min 574 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.