Son dəqiqə

Azərbaycan Türkiyə Mikayıl Cabbarov Orhan Remzi Karadeniz Karadeniz Holding

“Karadeniz Holding” ilə enerji və investisiya sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı. TurkicWorld

Azərbaycanla Türkiyənin “Karadeniz Holding” şirkəti arasında enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri, investisiya imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

TurkicWorld xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov “Karadeniz Holding”in İdarə Heyəti sədrinin müavini Orhan Remzi Karadeniz ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və onların daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanda yaradılmış əlverişli sahibkarlıq və investisiya mühitini, eləcə də xarici sərmayələrin cəlb olunması üçün mövcud imkanları nəzərdən keçiriblər.

Danışıqlarda əsas diqqət enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəldilib. Bu istiqamətdə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran potensial layihələr müzakirə olunub.

Mikayıl Cabbarov və Orhan Remzi Karadeniz, həmçinin yeni investisiya imkanları və gələcəkdə birgə layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüş Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi və özəl şirkətlərin bu prosesdə iştirakının artırılması baxımından əhəmiyyət daşıyır.

Mövzuya görə xəbərlər