Bakı.TurkicWorld:
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda yerləşən liseyin qarşısında silahlı insident yaşanıb.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, hadisə Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında, səhər saat 08:00 radələrində baş verib.
İlkin məlumata görə, naməlum şəxs hələlik müəyyən edilməyən səbəbdən məktəbin qarşısında ətrafa atəş açıb. Hadisə nəticəsində 4 şagird yaralanıb.
112 Təcili Çağrı Mərkəzinə daxil olan məlumatdan sonra əraziyə çox sayda polis və təcili tibbi yardım briqadası göndərilib.
Silahlı hücumdan sonra övladlarından xəbər almaq istəyən valideynlər də məktəbin qarşısına toplaşıb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Polisin hadisə yerində araşdırması davam edir. Hücumun səbəbi hələlik məlum deyil.






