Son dəqiqə

Türkiyə Türkiyə limanları Antalya limanı

Yanvar-may aylarında Antalya limanı 200-dən çox gəmi qəbul edib

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin Antalya limanı 272 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Antalya limanı Türkiyə bayrağı altında üzən 103, digər ölkələrin bayraqları altında üzən 169 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 3 min 885 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 674, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 5 min 559 olub.

2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 16 min 388 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 837, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 175 olub.

Mövzuya görə xəbərlər