Son dəqiqə

Türkiyə Türkiyə hava limanları Adana Beynəlxalq Hava Limanı

May ayında Adana Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı artıb

Bakı. TurkicWorld:

2023-cü ilin may ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 16 faiz artaraq, 1 milyon 736 min 2 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 14 faiz artaraq 1 milyon 479 min 122 nəfər, beynəlxalq reyslər üzrə isə 29 faiz artaraq 256 min 880 nəfər təşkil edib.

Bu ilin may ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 17 min 985 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 13 min 967 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 6 faiz azalaraq, 4 min 18 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 11 min 438 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq 7 min 140, beynəlxalq reyslər üzrə isə 26 faiz artaraq 4 min 298 olub.

2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 73 milyon 375 min 694 nəfər, yük dövriyyəsi isə 1 milyon 462 min 622 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Mövzuya görə xəbərlər