Pərviz Şahbazov Astana

Energetika naziri Astana Beynəlxalq Forumunda iştirak edəcək

Bakı. TurkicWorld:

Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edib.

Nazirlikdən TurkicWorld-a verilən məlumata görə, nazir 8-9 iyun tarixlərində Astana şəhərində keçiriləcək Astana Beynəlxalq Forumunda iştirak edəcək.

Forum çərçivəsində Pərviz Şahbazovun "Bərpa olunan enerji sahəsində regional inkişaf: enerji təhlükəsizliyinin təmin olunmasının alternativ yolları" mövzusunda panel müzakirələrdə iştirakı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Mövzuya görə xəbərlər