Bakı, TurkicWorld
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Rusiyaya hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 33,9 faiz azalaraq, 142,2 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə Rusiyaya 23,9 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 54,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq, 5,8 milyard dollara bərabər olub.
Bu ilin aprel ayında Türkiyə 1,2 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 17,8 faiz azdır
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 -aprel 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.