Bakı, TurkicWorld
2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin İraqa avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq, 269 milyon 312 min 63 dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə İraqa 28 milyon 406 min 2 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 24 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 33 milyard 731 milyon 566 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 3 milyard 241 milyon 318 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 36 milyard 902 milyon 494 min dollar məbləğində avtomobil ixrac edib.