Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən Türkmənistana xalça ixracında artım müşahidə olunub (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Türkmənistana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 4 milyon 929 min 96 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Türkmənistana 225 min 85 dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 14,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 2 milyard 620 milyon 234 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 259 milyon 878 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,6 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 2 milyard 875 milyon 693 min dollar məbləğində xalça məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər