Bakı. TurkicWorld:
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Avropaya 4,2 milyard kubmetr qaz ixrac olunub.
TurkicWorld xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, bu aylar ərzində Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac olunub.
Bu ilin 4 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,7 faiz çoxdur.
Nazir əlavə edib ki, bu dövrdə 500 mln.m3 artımla hasil edilmiş 16,7 mlrd.m3 qazın 8,5 mlrd.m3-i ixrac olunub.







