Son dəqiqə

Pərviz Şahbazov

Xəzərlə Avropanı birləşdirəcək Yaşıl Enerji Dəhlizi üzrə yekun investisiya qərarı 2029-cu ildə verilə bilər

BAKI,TurkicWorld

Xəzər dənizi ilə Avropanı birləşdirəcək Yaşıl Enerji Dəhlizi layihəsi üzrə yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi hədəflənir.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, Bakıda keçirilən "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" forumunda layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələri ilk dəfə beynəlxalq investorlar, maliyyə institutları və biznes tərəfdaşları ilə müzakirə olunub.

Onun sözlərinə görə, məqsəd 4 QVt ötürmə gücünə malik strateji layihəni dayanıqlı biznes modeli, etibarlı maliyyələşdirmə mexanizmləri və güclü tərəfdaşlıqlar əsasında 2029-cu ildə yekun investisiya qərarı mərhələsinə çatdırmaqdır.

P.Şahbazov qeyd edib ki, Xəzərin bərpaolunan enerji potensialını Avropa bazarları ilə birləşdirəcək dəhliz enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və regional enerji inteqrasiyasının genişləndirilməsi baxımından yeni imkanlar yaradacaq.

Mövzuya görə xəbərlər