Son dəqiqə

Pərviz Şahbazov Energetika Nazirliyi

Energetika naziri Gürcüstana səfər edib

Bakı. TurkicWorld:

Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.

TurkicWorld xəbər verir ki, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti 15 may tarixində Tbilisi şəhərində keçiriləcək "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci iclasında iştirak edəcək.

Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək.

Mövzuya görə xəbərlər