Bakı, TurkicWorld
Bu ilin birinci yarısında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 14,4 mln. ton, ixraca nəql edilən həcmlər isə 11,9 mln. ton olub.
TurkicWorld-in xəbərinə görə, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Nazir bildirib ki, bu dövrdə ötən ilin birinci yarımili ilə müqayisədə 4,3% artımla hasil edilmiş 25,1 mlrd.m3 qazın 12,7 mlrd.m3-i ixrac olunub.
"Yanvar - iyun aylarında təxminən Avropaya 6,4 mlrd.m3, Türkiyəyə 5 mlrd.m3, Gürcüstana isə 1,3 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 2,8 mlrd.m3 qaz nəql edilib. Bu ilin 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6% çoxdur", - P.Şahbazov əlavə edib.