Aprel ayında Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 1 milyonu ötüb

Aprel ayında Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 1 milyonu ötüb

Bakı. TurkicWorld:

2023-cü ilin aprel ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 16 faiz artaraq, 1 milyon 313 min 45 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 14 faiz artaraq 1 milyon 122 min 540 nəfər, beynəlxalq reyslər üzrə isə 28 faiz artaraq 190 min 505 nəfər təşkil edib.

Bu ilin aprel ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 14 min 37 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 10 min 931 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 12 faiz azalaraq, 3 min 106 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 14 min 413 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 16 faiz artaraq 12 min 300, beynəlxalq reyslər üzrə isə 2 faiz azalaraq 2 min 113 olub.

2023-cü ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 54 milyon 604 min 362 nəfər, yük dövriyyəsi isə 1 milyon 122 min 266 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.