Azərbaycan və Səudiyyə Ərəbistanı energetika sahəsində Əməkdaşlıq Sazişi imzalayıb

Azərbaycan və Səudiyyə Ərəbistanı energetika sahəsində Əməkdaşlıq Sazişi imzalayıb

Bakı. TurkicWorld:

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında energetika sahəsində Əməkdaşlıq Sazişi imzalanıb.

TurkicWorld xəbər verir ki, bunu Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında bildirib.

"Azərbaycanın mühüm tərəfdaşı və qardaş ölkə Səudiyyə Ərəbistanı ilə energetika sahəsində Əməkdaşlıq Sazişi imzaladıq. Enerji əməkdaşlığımız çoxşaxəli və daha əhatəli olacaq", - deyə nazir əlavə edib.