Son dəqiqə

Qarabağ Şuşa Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi Xarıbülbül Festivalı Musiqi Festivali Beynəlxalq Musiqi Azərbaycan İncəsənəti Cahangir Cahangirov Mədəniyyətin Təşviqi

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır

BAKI,TurkicWorld

Mayın 14-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.

TurkicWorld xəbər verir ki, bu gün Cıdır düzündə açılış konsertinin məşqləri keçirilib.

Sabah festivala Cıdır düzündə “Mənim Azərbaycanım” rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun “Cənnətim Qarabağ” əsəri ilə start veriləcək.

Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən musiqi kollektivləri və solo ifaçılar qatılıb.

Festivala azərbaycanlı ifaçılarla yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəsənət xadimləri dəvət olunub. Festivalda korifey ifaçılar, həmçinin gənc musiqiçilər çıxış edəcək.

Festival mayın 15-də başa çatacaq.

Mövzuya görə xəbərlər