Aşqabad YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin Dizayn kateqoriyasına daxil edilib

Aşqabad YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin Dizayn kateqoriyasına daxil edilib

Bakı. TurkicWorld:

Türkmənistanın paytaxtı Aşqabad YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin Dizayn kateqoriyasına daxil edilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov məlumat verib.

"Bu hüquqi status Türkmənistanın paytaxtına müasir beynəlxalq şəhərsalma meyillərinə uyğun inkişafı ilə əlaqədar verilib. Bu istiqamətdə araşdırmalar 2021-ci ildə başlayıb və Türkmənistan tərəfindən YUNESKO-nun müvafiq strukturları, komitələri və beynəlxalq ekspertləri ilə birgə aparılıb. YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi yaradıcılığı davamlı şəhər inkişafı üçün strateji hərəkətverici kimi müəyyən edən şəhərlər arasında əməkdaşlığı təşviq etmək məqsədi daşıyan qlobal təşəbbüsdür. Ən son əlavələrlə Şəbəkə indi yeddi yaradıcı sahəni təmsil edən yüzdən çox ölkədə 350 şəhəri əhatə edir: sənətkarlıq və xalq sənəti, dizayn, kino, qastronomiya, ədəbiyyat, media sənəti və musiqi",- deyə nazir bildirib.

Aytac Süleymanova