Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı tekstil və tekstil üçün xammadə 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası İxracat

Fevral ayında Türkiyənin tekstil məhsulları ixracı artıb (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2026-cı ilin fevral ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 759 milyon 705 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalaraq, 1 milyard 488 milyon 557 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 9 milyard 313 milyon 685 min dollar məbləğində tekstil məhsulları ixrac edib.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər