BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 faiz azalaraq, 7 milyon 315 min 58 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artaraq, 1 milyon 311 min 40 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 4 milyard 116 milyon 432 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 361 milyon 707 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 4,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 4 milyard 456 milyon 5 min dollar məbləğində sement ixrac edib.







