Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi polad BƏƏ Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat Türkiyə polad sənayesi Türkiyə polad ixracı

Türkiyədən BƏƏ-yə polad ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən BƏƏ-yə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 dəfə artaraq, 157 milyon 99 min 97 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında BƏƏ-yə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artaraq, 10 milyon 502 min 28 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 13 milyard 735 milyon 173 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 1 milyard 294 milyon 1 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 16 milyard 414 milyon 802 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər