Son dəqiqə

Türkmənistan Türkiyə Ticarət nazirliyi kimyəvi maddə Türkiyənin ixracatı İyul statistikaları 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası

Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı 16 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyul ayında Türkmənistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 16 milyon 785 min 69 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz artaraq, 103 milyon 306 min 21 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 19 milyard 203 milyon 67 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 3 milyard 433 milyon 803 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 32,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 31 milyard 566 milyon 448 min dollar məbləğində kimyəvi maddə ixrac edib

Mövzuya görə xəbərlər