Son dəqiqə

TURKİC.World MÜSİAD

MÜSİAD Azərbaycan və "Türk Dünyası" (Turkic.World) media platforması tərəfdaşlıq memorandumu imzalayıb

Bakı. TurkicWorld:

Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (TurkicWorld) və Müstəqil Sənayeçi və İş adamları Dərnəyi (MÜSİAD Azərbaycan) tərəfdaşlıq memorandumu imzalayıb.

TurkicWorld xəbər verir ki, memorandum MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli və Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu arasında imzalanıb.

Memoranduma əsasən, "Turkic.World" media layihəsi MÜSİAD Azərbaycanın rəsmi media tərəfdaşı olub.

MÜSİAD Azərbaycan haqqında məlumat verən Rəşad Cabirli qeyd edib ki, qurumun əsasa hədəfi Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına töhfə verməkdir.

"“Türk Dünyası" (Turkic.World) media platforması ilə birgə layihələr həyata keçirməkdən məmnunuq. Bu platforma Türk dövlətləri ilə olan münasibətlərin hər sahədə daha da inkişaf etdiyinin əsas göstəricilərindən biridir”, - deyə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.

Media platformasının fəaliyyəti haqqında məlumat verən R.Hafizoğlu bildirib ki, "Türk Dünyası" (Turkic.World) media platforması MÜSİAD Azərbaycanla əlaqələri yüksək qiymətləndirir.

"“TurkicWorld” media platforması fəaliyyət çərçivəsini daha da genişləndirəcək. Yeni əməkdaşlıq müqavilələrinin imzalanması gözlənilir”, - deyə Rufiz Hafizoğlu bildirib.

“TurkicWorld” media platformasının önəmini vurğulayan Albayrak Media Qrup Azərbaycan təmsilçisi Samir Babaoğlu paltformanın unikal bir platform olduğunu deyib.

“Hal hazırda “TurkicWorld” media platformasında türkdilli ölkələrin bütün rəsmi media qurumları iştirak edir”-deyə o bildirib.

Qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir. Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması MÜSIAD Azərbaycanın rəsmi media partnyorudur.

Əlavə edək ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Türk Dünyası (Turkic.World) media platforması 2021-ci ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda, "TurkicWorld" "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşı kimi çıxış edib.

2023-cü ilin oktyabr ayının 6-da TurkicWorld və Alport Baku-nun dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyənin "Albayrak Group" şirkəti və Trend BİA-nın təşkilatçılığı əsasında "Xətt Sənəti" sərgisi keçirilib.

Bütün bunlarla yanaşı, media platforması ölkədə keçirilən müxtəlif tədbirlərin də media tərəfdaşı kimi çıxış edib. Belə ki, 11 dekabr tarixində Türk Dünyası media platforması Bakıda MÜSİAD Azərbaycan tərəfindən keçirilən Qida və Kənd Təsərrüfatı Forumunun rəsmi media tərəfdaşı seçilib.

Bununla yanaşı, "TurkicWorld" media layihəsi İstanbul Ticarət Universiteti, Türkiyənin Balıkesir Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) ilə tərəfdaşlıq memorandumu imzalayıb.

2023-cü ilin iyul ayının 24-də Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin “Albayrak" Media Qrupunun ortaq layihəsi olan "Türk Dünyası" (TurkicWorld) media platformasının mərkəzi ofisinin açılış mərasimi baş tutub.

Mövzuya görə xəbərlər