Hindistanda 250 ildən çox tarixi olan məscid sökülüb

Hindistanda 250 ildən çox tarixi olan məscid sökülüb

Bakı, TurkicWorld:

Hindistanın paytaxtı Yeni Dehlidə rəsmilər 250 ildən çox tarixi olan “Bachon Wali” məscidininin mədrəsəsini söküblər.

TurkicWorld xəbər verir ki, Hindistanın Şəhərsalma nazirliyinin nəzdindəki Torpaq idarəsinin rəhbəri Suvasiş məscidin polisin nəzarəti ilə söküldüyünü bildirib.

Məlumat üçün bildirək ki, “Bachhon Wali” məscidi kimi tanınan məscid əsasən imkansız ailələrdən olan 120-dən çox müsəlman uşağı qəbul edirdi.