Böyük Britaniya Asiya-Sakit okean sərbəst ticarət blokuna qoşulub

Böyük Britaniya Asiya-Sakit okean sərbəst ticarət blokuna qoşulub

Bakı, TurkicWorld:

Böyük Britaniya 11 Asiya və Sakit okean ölkələrinin daxil olduğu Asiya-Sakit okean sərbəst ticarət blokuna qoşulub.

TurkicWorld-un məlumatına görə, ticarət paktına üzv olan Böyük Britaniya iqtisadiyyatının iki milyard avro artım əldə edəcəyi gözlənilir.

Məlumata əsasən, yeni ticarət sahəsi Böyük Britaniya ilə təxminən 500 milyon insan və dünya Ümumi Daxili Məhsulunun (ÜDM) təxminən 15%-nin daxil olduğu bazarı əhatə edir.

Qeyd edək ki, blok 2018-ci ildə qurulub və əsas məqsədi üzv ölkələr arasında ticarət tariflərini azaltmaqdır.