Son dəqiqə

Almaniya Fridrix Merts Almaniya üçün Alternativ Partiyası (AfD) Saksoniya-Anhalt federal torpağı Almaniya naminə Alternativ

AfD Almaniya kanslerindən polisə şikayət edib

BAKI,TurkicWorld

Almaniyanın ifrat sağçı "Almaniya naminə Alternativ" (AfD) partiyası kansler Fridrix Merts barədə polisə şikayət ərizə verərək onu böhtanda ittiham edib.

Bu barədə "Stern" məlumat yayıb.

Buna səbəb almaniyalı hökumət başçısının Bundestaqdakı çıxışı olub. Kansler çıxışı zamanı AfD-nin "remiqrasiya" konsepsiyasını "dərinin rənginə və mənşəyə görə etnik təmizləməyə hazırlıqla" əlaqələndirib.

Partiya ittihamları rədd edərək bildirib ki, "remiqrasiya" dedikdə qanunla Almaniyanı tərk etməli olan əcnəbilərin ölkədən çıxarılması nəzərdə tutulur.

Xatırladaq ki, sentyabrın 6-da Almaniyanın Saksoniya-Anhaltda federal torpaq parlamentinə seçkilər keçirilib. İlkin rəsmi nəticələrə görə, AfD 43,8 faiz səs toplayaraq inamlı qələbə qazanıb. Bu, AfD-nin Almaniya regionlarında bütün tarixində göstərdiyi ən yüksək nəticədir. Partiya beş il əvvəl keçirilmiş əvvəlki seçkilərlə müqayisədə nəticəsini ikiqat artırıb.

Mövzuya görə xəbərlər