Son dəqiqə

Hörmüz boğazı Fars Körfəzi Oman körfəzi ticarət gəmiləri Gəmiçilik

Oman körfəzində ticarət gəmiləri atəşə tutulub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fars körfəzi və Oman körfəzində bir neçə ticarət gəmisinin hərəkət qabiliyyətini itirməsinə səbəb olan atəşə məruz qaldığı bildirilir. Hadisələrin bölgədə davam edən hərbi fəaliyyət çərçivəsində baş verdiyi açıqlanıb.

TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi bölgədə bir neçə ticarət gəmisinə “Şimali Ərəbistan körfəzi və Oman körfəzi” ərazisində hərəkəti dayandıracaq səviyyədə atəş açıldığını bildirib.

İdarənin bu gün yaydığı xəbərdarlıqda hadisələr nəticəsində ölən və yaralananların olub-olmadığının, eləcə də ətraf mühitə zərər dəyib-dəymədiyinin hələ təsdiqlənmədiyi qeyd olunub.

Məlumata görə, hadisə ilə bağlı araşdırmalar davam edir.

İdarə məlumatın hərbi mənbələrdən əldə edildiyini bildirib.

Hadisələr bölgədə gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş verib.

Mövzuya görə xəbərlər