Son dəqiqə

İsrail İran ABŞ Pakistan Qətər Yaxın Şərq Oman Hörmüz boğazı

Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari İsraili ABŞ ilə İran arasındakı qarşıdurmadan istifadə edərək bölgənin müxtəlif ərazilərinə insan tələfatı ilə nəticələnən zərbələr endirməkdə ittiham edib.

TurkicWorld xəbər verir ki, Macid əl-Ənsari Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində Oman və Pakistanla müzakirələrin davam etdiyini bildirib. Onun sözlərinə görə, tərəflər bölgədə vəziyyətin daha da ağırlaşmasının qarşısını almağa çalışırlar.

Əl-Ənsari həftəlik mətbuat toplantısında bildirib ki, Hörmüz boğazı ilə bağlı böhranın həll edilmədən qalması gərginliyin artmasına və bütün tərəflərin zərər görməsinə səbəb olacaq. O vurğulayıb ki, Qətər tərəfdaşları ilə birlikdə böhranın dinc yolla həllinə və boğazın yenidən açılmasına çalışır.

Qətər rəsmisi, həmçinin İsrailə xəbərdarlıq edərək onu bölgədəki gərginlikdən istifadə etməməyə çağırıb. Əl-Ənsarinin sözlərinə görə, İsrail mövcud vəziyyətdən istifadə edərək Fələstin, Livan və Suriya ərazilərində yeni vəziyyət yaratmağa cəhd göstərə bilər.

Doha rəhbərliyi bölgədəki qarşıdurmaların genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayaraq diplomatik həll yollarının davam etdirilməsinə çağırıb.

Mövzuya görə xəbərlər