BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin təzyiq və təhdid siyasətinə qayıtmasının Yaxın Şərqdə müharibəyə son qoymaq məqsədilə aparılan diplomatik səyləri təhlükə altına ata biləcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Pezeşkian bunu Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı deyib.
İran Prezidenti bildirib ki, ABŞ-nin İslamabad Anlaşma Memorandumu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri dəfələrlə pozması effektiv təminat mexanizmlərinin olmadığını göstərib.
Pezeşkianın sözlərinə görə, ABŞ-nin yenidən təzyiq və təhdid siyasətinə qayıtması diplomatiya yolunun pozulmasına səbəb ola bilər.
O, iqtisadi baxımdan ağır nəticələr doğuran müharibənin dayandırılması üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Pezeşkianın açıqlaması ABŞ Prezidenti Donald Trampın İranın İordaniyadakı ABŞ bazalarına raket hücumlarından sonra Tehrana qarşı sərt cavab veriləcəyi barədə xəbərdarlığından bir gün sonra səslənib.







