Son dəqiqə

İran ABŞ Tehran Qətər Vaşinqton Oman Hörmüz boğazı

Qətər ABŞ–İran danışıqlarının bərpası üçün əsas şərti açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid Məhəmməd əl-Ənsari bildirib ki, İranla ABŞ arasında danışıqların bərpası üçün vasitəçilik edən ölkələr əvvəlcə İran və Oman arasında Hörmüz boğazından keçidlə bağlı gözlənilən razılaşmanın nəticəsini gözləyirlər.

TurkicWorld xəbər verir ki, Məcid Məhəmməd əl-Ənsari bu barədə Dohada keçirilən mətbuat konfransında danışıb. Onun sözlərinə görə, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı razılaşmanın əldə olunması Vaşinqtonla Tehran arasında danışıqların yenidən başlanmasına imkan yarada bilər.

Qətər rəsmisi bildirib ki, vasitəçi ölkələr hazırda Oman Sultanlığı ilə İran arasında boğazla bağlı razılaşmanın əldə olunmasını gözləyirlər. Tərəflər bir neçə həftədir Hörmüz boğazında gəmiçiliyin gələcəyi ilə bağlı müzakirələr aparırlar. İran tərəfi nəzərdə tutulan keçid yolunun coğrafi istiqamətləri üzrə razılığın əldə edildiyini açıqlayıb.

Əl-Ənsarinin sözlərinə görə, İranla Oman arasında razılaşma əldə edildikdən sonra ABŞ və İran arasında müharibənin dayandırılmasına yönəlmiş danışıqların bərpası üçün yeni diplomatik imkan yarana bilər. Qətər bundan əvvəl də münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər