Son dəqiqə

Almaniya Yaxın Şərq Hörmüz boğazı dəniz daşımaları qlobal ticarət Gəmiçilik Hapag-Lloyd konteyner daşımaları

Hörmüz boğazının bağlanması bizə 600 milyon dollara başa gəlib - Almaniya

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Dünyanın aparıcı konteyner daşımaları şirkətlərindən biri olan Almaniyanın Hapag-Lloyd şirkəti Yaxın Şərqdəki münaqişə səbəbindən Hörmüz boğazının bağlanmasının ikinci rübdə şirkətə 600 milyon dollara başa gəldiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, şirkətin məlumatına görə, ikinci rübdə xalis mənfəət 83 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 306 milyon dollar olub.

Şirkət bildirib ki, Asiyadan ixracın güclü olması və ABŞ-da tələbatın artması Yaxın Şərqdə yaranan fasilələrdən irəli gələn itkilərin bir hissəsini kompensasiya edib.

Hapag-Lloyd-un konteyner daşımaları bölməsində əməliyyat mənfəəti 153 milyon dollara enib. Ötən ilin eyni dövründə bu göstərici 167 milyon dollar olub.

Şirkətin məlumatına görə, mənfəətin azalmasına Hörmüz boğazının bağlanmasından sonra yaranan əlavə yanacaq, sığorta, anbar, marşrutların dəyişdirilməsi və quru nəqliyyatı xərcləri təsir edib.

Hörmüz boğazında yaranan məhdudiyyətlər beynəlxalq dəniz daşımalarında marşrutların dəyişdirilməsinə və nəqliyyat xərclərinin artmasına səbəb olub.

Mövzuya görə xəbərlər