Son dəqiqə

Fələstin BMT İsrail UNİCEF Şərqi Qüds İordan çayının qərb sahili insan haqları

2024-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində 170-dən çox fələstinli uşaq öldürülüb - UNICEF

BAKI,TurkicWorld,Yusif Şərifzadə

UNICEF işğal altındakı İordan çayının qərb sahilində, o cümlədən Şərqi Qüdsdə 2024-cü ilin yanvarından bəri ən azı 174 fələstinli uşağın öldürüldüyünü açıqlayıb.

TurkicWorld xəbər verir ki, UNICEF-in Baş direktor müavini Hannan Süleyman BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bu barədə məlumat verib.

O bildirib ki, həmin dövrdə 1 500-dən çox fələstinli uşaq yaralanıb və onların təxminən yarısı canlı güllə yarası alıb.

Süleyman qeyd edib ki, UNICEF bəzi hallarda fələstinli uşaqların “təcili təhlükə yaratmadıqları halda” güllələnməsi ilə bağlı hadisələri sənədləşdirib. Onun sözlərinə görə, bəzi uşaqlar qaçarkən belə atəşə məruz qalıb.

UNICEF rəsmisi bildirib ki, uşaqlar güllələnmə, döyülmə, bıçaqlanma və bibər qazından istifadə halları ilə üzləşiblər. O, həmçinin evlərin, yaşayış vasitələrinin və su infrastrukturunun hücuma məruz qaldığını qeyd edib.

Məlumata görə, hazırda İordan çayının qərb sahilindən olan ən azı 355 fələstinli uşaq İsrail hərbi həbsində saxlanılır. Bu göstərici son səkkiz ilin ən yüksək səviyyəsi hesab olunur.

Süleyman bildirib ki, həmin uşaqlardan 164-ü ittiham və məhkəmə prosesi olmadan inzibati həbsdə saxlanılır.

“İordan çayının qərb sahilindəki uşaqlar da dünyanın hər yerindəki uşaqlar kimi yaşamaq, təhsil almaq, qorunmaq və zorakılıqdan uzaq gələcək təsəvvür etmək hüququna malikdirlər”, – deyə UNICEF rəsmisi vurğulayıb.

Mövzuya görə xəbərlər