BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İrana qarşı hücumlarının süni intellekt məlumatlarına əsaslandığını bildirib.
TurkicWorld xəbər verir ki, Məsud Pezeşkian Tehran Universitetində keçirilən tədbirdə çıxışı zamanı bu iddiaları səsləndirib.
İran prezidenti bildirib ki, hücum edən tərəflər ölkədə təhlükəsizlik böhranı yaratmağa və İranı aclıq, talan və ictimai dağılma vəziyyətinə sürükləməyə çalışıblar.
Pezeşkianın sözlərinə görə, ABŞ və İsrailin hesablamaları süni intellekt məlumatları, casus şəbəkələri, muzdlu şəxslər və ölkə daxilindəki tərəfdarlarına əsaslanıb.
O iddia edib ki, bu planlar ardıcıl şəkildə uğursuzluğa düçar olub və İran qarşı tərəfin hesablamalarını pozmağı bacarıb.
İran prezidenti çıxışında bu iddialarını təsdiqləyən əlavə sübutlar təqdim etməyib.
Pezeşkianın açıqlaması İran və ABŞ-İsrail münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda səslənib.







