Son dəqiqə

Yəmən Husilər Yəmən münaqişəsi hərbi əməliyyatlar mülki əhali Yəmən hökuməti Yəmən Silahlı Qüvvələri təmas xətti

Yəmən Silahlı Qüvvələri husilərə qarşı bir neçə istiqamətdə hücuma keçib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bağlı Silahlı Qüvvələr husilərin mövqelərinə qarşı bir neçə cəbhə xəttini əhatə edən genişmiqyaslı hərbi əməliyyata başladığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Yəmən televiziyasında yayımlanan bəyanatda Silahlı Qüvvələrin sözçüsü hücumların husilərin qüvvə və hərbi imkanlarını hədəfə aldığını bildirib.

Sözçünün məlumatına görə, əməliyyatlar bir neçə istiqamətdə, eləcə də hökumət qüvvələri ilə husilər arasındakı təmas xətti boyunca həyata keçirilir.

Yəmən Silahlı Qüvvələri əməliyyatların husilərin mövqeləri və hərbi imkanlarına qarşı yönəldiyini açıqlayıb.

Bəyanatda hücumların əsas məqsədinin silahsız mülki əhalinin mümkün hücumlardan qorunması olduğu bildirilib.

Hərbi əməliyyatların hansı bölgələri əhatə etdiyi, tərəflərin itkiləri və əməliyyatların miqyası barədə əlavə məlumat verilməyib.

Mövzuya görə xəbərlər