Son dəqiqə

İran ABŞ Donald Tramp Yaxın Şərq Sanksiyalar ABŞ Maliyyə Nazirliyi Tommi Piqott

ABŞ İran hakimiyyətinin maliyyə şəbəkələrinə qarşı yeni tədbirlər elan edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ hökuməti İran hakimiyyətinin maliyyə resurslarını hədəf alan yeni tədbirlər paketi qəbul etdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott yaydığı bəyanatda bildirib ki, ABŞ İranın sanksiyalardan yayınmaq və yüz milyonlarla dolları gizli şəkildə köçürmək üçün istifadə etdiyini iddia etdiyi valyuta mübadilə məntəqələri və saxta şirkətlər şəbəkəsini dağıtmaq istiqamətində addımlar atıb.

Piqott qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi bu məqsədlə İranın "qanunsuz maliyyə şəbəkələrinə" qarşı yeni tədbirlər tətbiq edib.

Bununla belə, bəyanatda sanksiyalara məruz qalan konkret fiziki və ya hüquqi şəxslərin adları açıqlanmayıb.

Dövlət Departamentinin sözçüsü bildirib ki, bu addım Tramp administrasiyasının İrana qarşı həyata keçirdiyi "maksimum təzyiq" siyasətinin davamıdır.

Onun sözlərinə görə, məqsəd İran hakimiyyətinin regional sabitliyi pozmaq, terrorizmi dəstəkləmək və hərbi imkanlarını inkişaf etdirmək üçün istifadə etdiyi maliyyə mənbələrini məhdudlaşdırmaqdır.

İran tərəfi ABŞ-ın yeni tədbirləri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Mövzuya görə xəbərlər