Son dəqiqə

İsrail ABŞ Roma Livan Yaxın Şərq Livan-İsrail münasibətləri Diplomatiya Danışıqlar

Roma danışıqlarının yeddinci raundu başa çatıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan və İsrail nümayəndə heyətləri arasında İtaliyanın paytaxtı Romada keçirilən danışıqların növbəti raundu başa çatıb.

TurkicWorld xəbər verir ki, ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqlar üç gün davam edib.

Görüşlər İsrailin Cənubi Livanda hərbi əməliyyatlarını davam etdirdiyi bir vaxtda baş tutub.

Bu, tərəflər arasında keçirilən yeddinci birbaşa danışıqlar raundu olub.

Bundan əvvəlki görüşlərin bir hissəsi ABŞ-nin paytaxtı Vaşinqtonda təşkil edilmişdi.

Danışıqların əsas məqsədi iyunun sonunda əldə olunmuş çərçivə razılaşmasının icrasını irəlilətmək və sərhəd bölgəsində gərginliyin azaldılması olub.

Tərəflər görüşün yekunları və əldə olunan mümkün razılaşmalar barədə hələlik rəsmi açıqlama verməyiblər.

Roma danışıqlarının nəticələrinin yaxın günlərdə diplomatik kanallar vasitəsilə qiymətləndiriləcəyi gözlənilir.

Mövzuya görə xəbərlər