Son dəqiqə

PUA Yəmən Yaxın Şərq Husilər Raket hücumu Mərib Hədrəmaut Fövqəladə Hallar Qüvvələri

Yəməndə hərbi düşərgələrə hücum nəticəsində azı 30 nəfər ölüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə tabe olan Fövqəladə Hallar Qüvvələrinin düşərgələrinə edilən ehtimal olunan raket və pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində azı 30 nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb.

TurkicWorld xəbər verir ki, yerli KİV-in məlumatına görə, hücumlar Mərib və Hədrəmaut vilayətlərində yerləşən hərbi düşərgələri hədəf alıb.

İlkin məlumatlara əsasən, hücumların husilər tərəfindən raket və PUA-larla həyata keçirildiyi ehtimal edilir.

Yəmənin Fövqəladə Hallar Qüvvələri daha əvvəl yaydığı açıqlamada hücumlar nəticəsində həm insan itkisi, həm də ciddi maddi ziyanın olduğunu bildirmişdi.

Son məlumatlarda ölənlərin sayının azı 30 nəfərə çatdığı, bir neçə nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd olunur.

Hücum nəticəsində düşərgələrin infrastrukturuna da ciddi ziyan dəydiyi bildirilir.

Hadisə ilə bağlı hələlik husilər tərəfindən rəsmi açıqlama verilməyib.

Yəməndə son həftələr hökumət qüvvələri ilə husilər arasında döyüşlərin yenidən intensivləşdiyi və ölkənin müxtəlif cəbhələrində gərginliyin artdığı bildirilir.

Mövzuya görə xəbərlər