Son dəqiqə

İsrail Livan İsrail ordusu sərhəd Colan təpələri Qacar

İsrail ordusu Livana qanunsuz keçən məskunlaşmaçı fəalları geri qaytardığını açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu sərhəd hasarına ziyan vuraraq qanunsuz şəkildə Livan ərazisinə keçən təxminən 15 İsrail vətəndaşının geri qaytarıldığını bildirib.

TurkicWorld xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, hadisə çərşənbə günü Livanla işğal altındakı Colan təpələri arasındakı sərhəddə, Qacar (Ghajar) kəndi yaxınlığında baş verib.

İsrail mediasının məlumatına görə, sərhədi qanunsuz keçən şəxslərin yerinin müəyyən edilməsi üçün bölgəyə əlavə qüvvələr göndərilib.

Ordu bildirib ki, həmin şəxslər İsrail ərazisinə geri qaytarılıb, saxlanılıb və əlavə araşdırma aparılması üçün İsrail polisinə təhvil verilib.

İsrail ordusu hadisəni kəskin şəkildə pisləyərək bunun hərbi əməliyyatlara ciddi maneə yaratdığını və təhlükəsizlik qüvvələrinin fəaliyyətini risk altına saldığını bəyan edib.

Mövzuya görə xəbərlər