Son dəqiqə

Fələstin İsrail Yaxın Şərq İordan çayının qərb sahili Nablus Qəbatiyyə Fələstin İslami Cihad Hərəkatı

İsrail ordusu İordan çayının qərb sahilində silah istehsalı avadanlıqlarını məhv etdiyini iddia edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi əməliyyatlar zamanı silah istehsalı üçün istifadə olunduğu bildirilən avadanlıqları məhv etdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, İsrail ordusunun yaydığı məlumata görə, əməliyyatlar zamanı Qəbatiyyə bölgəsində silah istehsalı üçün nəzərdə tutulduğu iddia edilən avadanlıqlar sıradan çıxarılıb.

Bundan başqa, ordunun açıqlamasında Nablus bölgəsində Fələstin İslami Cihad Hərəkatı (PIJ) ilə əlaqəli olduğu iddia edilən bir nəfərin saxlanıldığı bildirilib.

İsrail hərbçiləri əməliyyatların davam etdiriləcəyini də bəyan ediblər.

Fələstin tərəfi isə İsrail ordusunun iddiaları ilə bağlı hələlik açıqlama verməyib.

Mövzuya görə xəbərlər