Son dəqiqə

İsrail İran ABŞ Livan Donald Tramp Qəzza Benyamin Netanyahu Denni Danon

Tramp-Netanyahu görüşünün gündəliyində hansı məsələlər var?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən qapalı görüşün rəsmi gündəliyi açıqlanmasa da, əsas müzakirə mövzularının İran, Livan və Qəzza ilə bağlı məsələlər olduğu bildirilir.

TurkicWorld xəbər verir ki, Oval kabinetdə keçirilən görüş mətbuat üçün qapalı formatda təşkil olunub və əvvəlcədən rəsmi gündəlik dərc edilməyib. Bununla belə, İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon Netanyahunun Ağ Evə səfərindən əvvəl jurnalistlərə açıqlamasında İsrail və ABŞ-nin İranla bağlı müharibəsinin danışıqların əsas mövzusu olacağını deyib.

Danon jurnalistlərin görüşdə İranla müharibənin dayandırılması və ya hərbi əməliyyatların azaldılması imkanlarının müzakirə olunacağı ilə bağlı suallarını cavablandırarkən bildirib ki, İsrail "müxtəlif ssenarilərə" hazırdır.

Ağ Ev rəsmisinin sözlərinə görə, görüş zamanı İsrailin Livan və Qəzza zolağında davam edən hərbi əməliyyatlarının da müzakirə ediləcəyi gözlənilir.

Görüşün yekunları və qəbul edilən qərarlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Mövzuya görə xəbərlər