BAKI,TurkicWorld,Yusif Şərifzadə
Ağ Ev ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşlərin başa çatdığını və hər iki görüşün "müsbət və məhsuldar" olduğunu açıqlayıb.
TurkicWorld xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib ki, Donald Trampın gün ərzində keçirdiyi hər iki yüksək səviyyəli görüş uğurla yekunlaşıb.
Livitt əlavə edib ki, həm Benyamin Netanyahu, həm də Volodimir Zelenski ilə aparılan danışıqlar konstruktiv atmosferdə keçib. Bununla belə, o, görüşlərdə müzakirə olunan məsələlər və ya əldə olunan mümkün razılaşmalar barədə əlavə məlumat verməyib.
Ağ Ev hələlik danışıqların məzmunu və tərəflərin qəbul etdiyi qərarlarla bağlı geniş bəyanat yayımlamayıb.







