Son dəqiqə

İsrail İran Livan Donald Tramp Ağ Ev Benyamin Netanyahu Hizbullah

Netanyahu Ağ Evdə Tramp ilə görüşə başlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün Ağ Evə gəlib. Liderlərin Oval kabinetdə qapalı formatda keçiriləcək görüşündə Yaxın Şərqdəki son vəziyyətin əsas müzakirə mövzusu olacağı gözlənilir.

TurkicWorld xəbər verir ki, bu, ABŞ və İsrailin fevralın 28-də İranla müharibəyə başlamasından sonra Donald Tramp və Benyamin Netanyahu arasında keçirilən ilk görüşdür. Məlumata görə, danışıqlarda İranla bağlı vəziyyətlə yanaşı, İsrailin Livandakı hərbi əməliyyatları və "Hizbullah"ın silahsızlaşdırılması məsələləri də müzakirə olunacaq.

Netanyahunun Vaşinqton səfəri onun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə artan tənqidlər fonunda baş tutur. Eyni zamanda, son aylarda ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərində gərginliyin yarandığı barədə məlumatlar yayılıb.

ABŞ və İran arasında qarşılıqlı hərbi zərbələrin müvəqqəti dayandırılması və sülh danışıqlarının yenidən başlaması da görüşün keçirildiyi dövrə təsadüf edir.

Ağ Ev görüşün nəticələri və qəbul edilən qərarlarla bağlı hələlik əlavə açıqlama verməyib.

Mövzuya görə xəbərlər