Son dəqiqə

İran ABŞ Donald Tramp Yaxın Şərq Hörmüz boğazı Diplomatiya Regional Təhlükəsizlik

ABŞ İrana təzyiq üçün "isti-soyuq" strategiyasından istifadə edir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Keçmiş Avstriya müdafiə attaşesi Volfqanq Puştai ABŞ-nin İrana qarşı diplomatik, iqtisadi və hərbi vasitələri eyni vaxtda tətbiq edərək "isti-soyuq" strategiyası həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton bu yolla Tehrana psixoloji və siyasi təzyiq göstərməyə çalışır.

TurkicWorld xəbər verir ki, Volfqanq Puştai ABŞ-nin İranla bağlı strategiyasının diplomatiya, iqtisadi təzyiq və hərbi əməliyyatları əlaqələndirilmiş şəkildə bir araya gətirdiyini deyib.

Analitikin sözlərinə görə, bu yanaşmanın əsas məqsədlərindən biri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin və boğazın açıq qalmasının təmin edilməsidir.

Puştai qeyd edib ki, ABŞ-nin tətbiq etdiyi "isti-soyuq" yanaşması İran rəhbərliyində müharibənin başa çatdırılması istəyini gücləndirməyə hesablanıb. O bildirib ki, bir gecə hərbi zərbələrin endirilməsi, növbəti gecə isə belə hücumların olmaması psixoloji təzyiq elementi kimi qiymətləndirilə bilər.

Analitik əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp danışıqların bərpasına çalışsa da, İran rəhbərliyində bu məsələyə fərqli yanaşmalar mövcuddur.

Onun sözlərinə görə, İran daxilində bir qrup əvvəlki razılaşmaların bərpasını dəstəkləyir, digər qrup isə ilk növbədə Hörmüz boğazı üzərində hərbi vasitələrlə nəzarəti gücləndirməyə çalışır.

Qeyd edək ki, bu fikirlər Volfqanq Puştainin şəxsi qiymətləndirmələridir və tərəflərin rəsmi mövqeyini əks etdirmir.

Mövzuya görə xəbərlər