BAKI,TurkicWorld Orxan Qədirzadə
ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) tədbirləri çərçivəsində Filippinin paytaxtı Manilada görüş keçiriblər.
Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, iki ölkənin xarici siyasət rəhbərləri arasında keçirilən görüş 30 dəqiqədən çox davam edib.
Görüş zamanı əsas müzakirə mövzularından birinin Ukraynadakı münaqişənin həlli yolları olduğu bildirilib.
Marko Rubio və Sergey Lavrov ASEAN Xarici İşlər Nazirləri toplantısı çərçivəsində keçirilən forumda iştirak etmək üçün Manilada olublar.
Görüş ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin nizamlanması istiqamətində diplomatik təmasların davam etdirilməsi fonunda baş tutub. Tərəflər arasında danışıqların detalları ilə bağlı əlavə məlumat açıqlanmayıb.







